Xəzər Xəbər

Fırıldaqçılar yeni üsula əl atıblar - Pensiyalar mənimsənilir - VİDEO

Veb TV | 19:34 • 16 Dekabr 2019
Fırıldaqçılar yeni üsula əl atıblar -

Paytaxt Bakıda yeni fırıldaqçılar peyda olub. Onlar pensiyaçıları aldadaraq pullarını mənimsəyirlər.

Xezerxeber.az-ın məlumatına görə, pensiyaçılardan istifadə edib onların kart və şəxsiyyət vəsiqələrinin nömrələrini alır, sonra isə onları aldadırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib ki, bununla bağlı onların "qaynar xətti"nə şikayətlər daxil olub. Eyvaz Hüseynov bildirib ki, fırıldaqçıların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır.

Şöbə müdiri əlavə edib ki, pensiyalar artdıqda bu proses sistem tərəfindən elektronlaşmış qaydada həyata keçirilir. Bankda vətəndaşın iş nömrəsinə və FİN nömrəsinə uyğun olaraq məbləğ vətəndaşların kart hesabına köçürülür. Fondun işçisi belə heç bir pensiyaçının kart hesabını görmür.

Eyvaz Hüseynovun sözlərinə görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb.Vətəndaşlara izah edilib ki, onlara zəng edən şəxslərin DSMF əməkdaşları ilə heç bir əlaqəsi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti