Xəzər Xəbər

Bakıda partlayış baş verib - VİDEO

Veb TV | 18:26 • 16 Dekabr 2019
Bakıda partlayış baş verib -

Qaradağ rayonu, Lökbatan qəsəbəsində 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında baş verib.

Mərkəzin təşkilat işləri üzrə direktor müavini İlhamə Balacayeva deyib ki, hadisə saat 10:15 radələrində dərs vaxtı baş verib.

Partlayışın ardından mərkəzdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə bölmələrinin əməkdaşları yanğının qarşısını alıblar. Amma buna baxmayaraq binanın bir neçə otağına zərər dəyib. Hadisə zamnanı xəsarət alan Nərgiz Ələmova əraziyə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra Nərgiz Ələmova evə buraxılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, mərkəzin binasında qaz xətti olmayıb. Hadisənin yeraltı qaz sızmasından baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar rayon prokurorluğunun istintaq qrupu da əraziyə gəlib, araşdırma aparıblar. Məlum olub ki, qaz sızması məktəbin yaxınlığında baş verib.

''Azəriqaz'' İstehsalat Birliyinin Məkbuat katibi Ceyhun Səfərov ''Xəzər Xəbər''ə bildirib ki, ərazidə araşdırma aparılır və nəticə barədə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti