Xəzər Xəbər

“Laçın” tankeri istismara hazırdır - VİDEO

Veb TV | 18:34 • 16 Dekabr 2019
“Laçın” tankeri istismara hazırdır -

Azərbaycan tarixində ilk dəfə olaraq inşa edilən tanker artıq həm Xəzər, həm də beynəlxalq sularda üzməyə hazırdır.

Xezerxeber.az-ın məlumatına görə, Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən hazırlanan tanker istismara hazır vəziyyətdədir. Gəmidə hərəsi 200 kubluq 6 yük nasosu quraşdırılıb. Bu da yükü qısa zamanda gəmiyə doldura və boşalda bilir.

"Laçın” adı verilən tankerin ilk sifarişi ilə bağlı danışıqlar aparılır.

Bu barədə məlumat verən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib ki, danışıqlardan asılı olaraq tankerin dünya və ya Xəzər dənizində hərəkət edəcəyinə qərar veriləcək. Tankerin texniki imkanları onun maksimum yüklə Volqa-Don kanalı ilə həm dünya sularında, həm də Xəzər dənizində hərəkət edə bilməsinə imkan verir. Əvvəllər gəmilər Volqa-Don kanalı dar olduğu üçün oradan keçə bilmirdilər. Yeni tankerdə bütün bu xüsusiyyətlər nəzərə alınıb.

Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə hazırlanan gəmi bərə isə növbəti ilin may ayında istifadəyə veriləcək.

Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov isə deyib ki, zavodda istehsalla yanaşı, qonşu ölkələrə məxsus gəmilər də təmir edilir. Burada 1390 nəfər yerli işçi çalışır.

Zavodun əsas sifarişçisi Xəzərdə 200-dən çox gəmi ilə ən böyük donanmaya sahib olan Xəzər Dəniz Gəmiçiliyi QSC-dir.

Qeyd edək ki, tankerin uzunluğu 141 metr, eni 16,9 metrdir. On beş nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd "Əartsila” istehsalı mühərriklə təchiz edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar