Xəzər Xəbər

Binadan düşən kərpic avtomobilə zərər vurub - MTK rəhbərliyi ziyanı ödəmir - VİDEO

Veb TV | 18:52 • 16 Dekabr 2019
Binadan düşən kərpic avtomobilə zərər vurub -

Bakıda hündürmərtəbəli binadan avtomobilin üzərinə kərpic düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 66 saylı yaşayış binasının həyətində baş verib.

Maşın sahibi Elçin Aslanov iddia edir ki, onun avtomobilinin üzərinə 68 saylı binadan kərpic düşüb.

Elçin Aslanov binanın komendantına məsələ ilə bağlı məlumat verdiyini deyir. Ancaq ona bildirilib ki, belə hal fövqəladə hadisə olduğu üçün ona heç bir ödəniş edilməyəcək.

Məsələ ilə bağlı binanın məxsus olduğu şirkətə getdik. Müsahibə vermək istəmədiklərini və həmin kərpicin onların binasından düşmədiyini dedilər. Bildirdilər ki, şirkət tərəfindən dəymiş ziyanla bağlı vətəndaşa heç bir ödəniş edilməyəcək.

Elçin Aslanov isə məsələ ilə bağlı polisə də məlumat verəcəyini bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar