Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək bildiriblər ki, pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin. Belə birhadisə paytaxtsakiniValidəƏşrəfovanın başına gəlib
Fırıldaqçıların yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər.Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.
Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib. Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazimi məlumatları tələb ediblər
Validə Əşrəfova bunla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib.Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.
Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.
Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib.Faktla bağlı araşdırma aparılır.