Xəzər Xəbər

Özünü polis kimi təqdim edən şəxs saxlanıldı VİDEO

Veb TV | 19:15 • 15 Dekabr 2019
Özünü polis kimi təqdim edən şəxs saxlanıldı

Yevlax polisi özünü polis əməkdaşı kimi təqdim edən şəxsi saxlayıb. O, vətəndaşların etibarından istifadə edərək onların xeyli pulunu və qızıl zinət əşyaları mənimsəyib.

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Əməliyyatı Yevlax polisi keçirib. Mingəçevir sakini Vasif Haqverdiyev Yevlaxa gedərək özünün polis əməkdaşı kimi təqdim edib. O, vətəndaşların etibarından istifadə edərək onların problemlərini həll etməyə söz verib. Bu yolla da sakinlərin müəyyən məbləğdə pulunu və qızıl zinət əşyaları mənimsəyib. Vasif Haqverdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs dindirilmə zamanı əməlini etiraf edib. Vasif Haqverdiyevin Mingəçevir, Bərdə, Zərdab və Balakən rayonlarında da analoji cinayətlər törətdiyi ehtimal edilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar