ABŞ-ın Nyu-York şəhərində öldürülən bir tələbə qızın qatilinin 13 yaşlı şagird olduğu üzə çıxıb.
Küçədə Tessa Mayorsu öldürən azyaşlı qatil gənc qızdan pul istədiyini, verməyəndə də bıçaqladığını etiraf edib.
Dərhal xəstəxanaya aparılan qızın həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlı olduğu üçün adı açıqlanmayan qatil həbs edilərək, uşaq həbsxanasına göndərilib.