İndiyədək ölkə üzrə təxminən 410 min fermer kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçib. Kənd təsərrufatı naziri İnam Kərimov deyib ki, fermerlər yeni qaydalarla subsidiyalarını fevral ayından almağa başlayacaqlar.
Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindənsubsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər.
Kənd təsərrüfatında yeni subsidiyaların tətbiqi ilə bağlı rayonlarda fermerlər maarifləndirilir.Bu imkanlardan yararlanmaq üçünfermerlər sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır.
Biləsuvar rayonunda olan kənd təsərrüfatı naziri Inam Kərimov bildirib ki,indiyədək ölkə üzrə təxminən 410 min fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib və şəxsi kabinetini yaradıb.Onlar yeni qaydalarla subsidiyalarını fevral ayından almağa başlayacaq.
İndiyə kimi nazirlik tərəfindən bu sistemin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı 33 rayonda belə görüşlər keçirilib.