ABŞ-ın Nyu- Cersi ştatındakı Cersi-Sitidə baş verən silahlı qarşıdurma zamanı ölənlərin sayı 6-ya çatıb.
Ölənlərdən biri polis, ikisi cinayətkar, üçü isə mülki vətəndaşdır.
Cersi-Sitinin bələdiyyə sədri Stiven Fulop tvitterdən verdiyi açıqlamada 3 polisin yaralandığını bildirib.
Hadisə şahidlərinin sözlərinə görə, insident narkotik ticarəti əsnasında yaranan problemdən qaynaqlanıb.
ABŞ prezidenti Donald Tramp hadisədən xəbərdar olduğunu tvitterindən bildirib.
***
ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) atışma baş verib.
Atışma zamanı biri polis əməkdaşı olmaqla 4 nəfər həlak olub.
Məlumata əsasən, atışma cinayətkarların gizləndiyi mağazada baş verib.
Bildirilir ki, polis əməkdaşları azı 2 cinayətkarı zərərsizləşdirməyi bacarıb./publika.az