Finlandiyanın yeni Nazirlər Kabinetinin tərkibi dünya miqyasında maraq doğurub.
Ötən həftə Baş nazirAntti Rinnenin istefasından sonra 34 yaşlı Sanna Marinin tabeliyində qurulan və parlamentdən təsdiq alan yeni hökumətdə 12 qadın, 7 kişi təmsil olunur.
Gələn ilin yaz aylarında keçiriləcək seçkilərdə Sanna Marinin Sosial Demokrat Partiyasının sədri seçilməsi şübhəsiz görünür. Marin sədr seçilsə, koalisiyanı yaradan 5 partiyanın da sədri qadın olacaq.
Finlandiyanın yeni nazirlərinin gənc yaşda olması isə xüsusi diqqət çəkir:
Sanna Marin - 34 yaş
Sol İttifaqı lideri Li Anderson - 32 yaş
Mərkəz Partiyasının lideri Ketri Kulmuni – 32 yaş
Yaşıllar Partiyasını lideri Mariya Ohisalo – 34 yaş
Finlandiyanın İsveçli İnsanları Partiyasının lideri Ana - Maja Henrikson – 55 yaş