Məşhur britaniyalı qrafiti ustası Benksi yeni işinin videosunu təqdim edib.
"Metro” xəbər verir ki, rəssam videonu "Instagram” səhifəsində paylaşıb.
"Allah Birmingemi saxlasın. Rayanı çəkdiyimiz 20 dəqiqə ərzində yoldan keçənlər ona isti çay, şokolad və alışqan verdilər”, - videobelə şərh edilib.
Videoda skamyada uzanan evsiz kişi əks olunub. Yanındakı kərpiç divarda cəkilən iki maral, yüyən və kirşə şəkli onun Santa-Klaus olduğu təsəvvürü yaradır./oxu.az