Xəzər Xəbər

Kimlər deputatlığa namizəd ola bilər? - VİDEO

Veb TV | 19:54 • 8 Dekabr 2019
Kimlər deputatlığa namizəd ola bilər? -

Fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkisidir.

Xezerxeber.az-ın məlumatına görə, bunun üçün artıq siyasi partiyalar, fərdi olaraq namizədlik irəli sürmək istəyənlər hazırlıq proseslərinə başlayırlar. Bəs kimlər deputat vəzifəsinə namizəd ola bilər?

Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov deputat seçilmək üçün şəxslərin hansı kriteriyalara sahib olmasını "Xəzər Xəbərə" açıqlayıb.

Qabil Orucov bildirib ki, növbəti mərhələ namizədliyin irəli sürülməsidir. Bu məsələ Seçki Məcəlləsində tam şəkildə öz əksini tapıb.

Dairə Seçki Komissiyasına (DSK) təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin bu dairədən irəli sürülməsini təsdiq edən qərar təqdim edilir. DSK təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. DSK-nın bu qərarından sonra artıq imza vərəqələri götürülə və imzalar toplana bilər.

Seçici imzalarının toplanması da çox önəmli mərhələlərdən biri hesab edilir. Burda qanunun tələblərinin pozulması namizədin qeydiyyatından imtinaya da səbəb ola bilər.

DSK imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti