Xəzər Xəbər

MSK parlament seçkiləri prosesinə başladı: Təqvim Planı təsdiqləndi - VİDEO

Veb TV | 20:53 • 7 Dekabr 2019
MSK parlament seçkiləri prosesinə başladı:

Mərkəzi Seçki Komisyası Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar təqvim planını təsdiqləyib. Namizədlər və onların səlahiyyətli nümayəndələri 21 dekabrdan başlayaraq səndələrini Dairə Seçki Komisyalarına təqdim etməlidir. Namizədlərin təbliğat-təşviqat işləri isə 2020-ci ilin 17 yanvarında başlayacaq və fevralın 8-i səhər 8:00 da başa çatacaq.

"Mərkəzi Seçki Komisyası növbədənkənar parlament seçkilərinə tam hazırdır". Bunu MSK sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə bağlı təyin edilən iclasda bildirib. İclasda MSK parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib.

Çıxış edən MSK-nın katibi Arifə Muxtarova parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməli olduğunu bildirib. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq

Eyni zamanda iclasda o da vurğulanıb ki, MSK "Exit-poll" keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə yanvarın 30-dək qərar qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.


Xəbər lenti

Çox oxunanlar