Xəzər Xəbər

Özü sağ olsa da, qəbri də var, baş daşı da VİDEO

Veb TV | 20:02 • 7 Dekabr 2019
Özü sağ olsa da, qəbri də var, baş daşı da

81 yaşlı Ağstafa sakini özü üçün qəbir daşları hazırladıb. O, 12 il əvvəl düzəltdirdiyi başdaşının üzərinə fotosunu və şeir də həkk etdirib. O, övladlarına əziyyət verməmək üçün bu yola əl atdığını deyir.

Özü üçün sağlığında başdaşı düzəltdirib.

Ağstafanın Poylu kənd sakini, 81 yaşlı Yaqub Dəmirov övladlarına əziyyət verməmək üçün bu yola əl atıb. O, 12 il əvvəl özü üçün baş və sinədaşı düzəltdirmək qərarına gəlib.

Üzərinə 12 il əvvəl çəkilən fotosunu da həkk etdirən Yaqub Dəmirov vaxtaşırı olaraq bu daşları təmizləyir.

Yaqub Dəmirovun daşın seçiminə və üzərində yazılan şeirlərə 2400 manat xərci çıxıb.

Yaqub Dəmirov 12 il əvvəl qəbir daşlarını hazırladarkən həyat yoldaşını da unutmayıb. Onun üçün də eyni ölçü, quruluş və dizayna malik, qara mərmərdən məzar daşı düzəltdirib. Həyat yoldaşı Natalya Dəmirova ötən il dünyasını dəyişib.

Ölümü gözə alan 81 yaşlı Ağstafa sakini hər kəsin son mənzilinin qəbiristanlıq olduğunu deyir. O, mütəmadi olaraq həyat yoldaşının məzarını ziyarət edib onun daşını təmizləyir. Özünün dəfn olunacağı yeri də həyat yoldaşının məzarının yanında saxlayıb.

Xəbər lenti

Çox oxunanlar