Türkiyənin İstanbul şəhərində fərdi təlimçinin autizmli azyaşlı tələbəsini döydüyü görüntülər yayılıb.
Doqquz yaşlı B.Ö.-nün valideynləri autizm xəstəsi olan övladlarının müalicəsinə və təhsilinə kömək üçün Uğur D. adlı fərdi təlimçi tutublar.
DHA-nın xəbərinə görə, təlimçi Bostançı ərazisində idman klubunun soyunma zalında azyaşlını döyüb.
Onun bu hərəkətini nəzarət kameralarından izləyən klub nəzarətçiləri azyaşlının ailəsinə xəbər veriblər.
Ailənin tələbi ilə Baş Prokurorluq şübhəli haqqında məhkəmədə iddia qaldırıb.
Cinayət məcəlləsinə görə, o, bir il altı ay müddətinə azadlıqdan məhrumoluna bilər.