Dekabrın 6-da Bakıda "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Xezerxeber.az xəbər verir ki, TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsinin iştirak etdiyi tədbir Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunun oxunması ilə işə başlayıb. Məktubu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Sonra çıxış edənlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi çərçivəsində indiyədək 1 mlrd. tondan çox müxtəlif yüklərin daşındığını və nəql edilən yüklərin 50%-nin karbohidrogenlərin payına düşdüyünü qeyd ediblər.
Tədbirdə iştirak edən Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın səsləndirdiyi təxribat xarakterli fikrə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov çox tutarlı və məntiqli cavab verib.
Müzakirələrdən sonra konfransın Bakı Bəyannaməsi qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: