Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarları aşkarlamağa imkan verəcək robotlar fəaliyyət göstərməyə başlayıb. Bu barədə Britaniyanın "The Sun” nəşri məlumat verib.
Robot polisi Çinin şimal-şərqində Tszilin əyalətinin Çançun dəmir yolu stansiyasında görmək mümkündür. Robot gözləmə zalında tələsmədən hərəkət edərək çoxsaylı sərnişinləri diqqətlə nəzərdən keçirir. Qurğu insanların sifətinə baxmaqla tanıyır və onları axtarışda olan cinayətkarların məlumat bazası ilə müqayisə edir.
Qeyd edək ki, Çində geniş yayılan sifətin tanınması texnologiyası aeroportlardan tutmuş, ofis binalarınadək quraşdırılıb. Ölkədə, həmçinin vətəndaşlardan onlayn hesabların rəsmi dövlət identifikatoru ilə əlaqələndirilməsini tələb edən "həqiqi adların qeydiyyatı” siyasəti qüvvədədir.
Bundan başqa, bu yaxınlarda Çində yeni mobil telefon alan bütün şəxslərin sifətinin icbari skan edilməsi tətbiq edilib./teleqraf