Xəzər Xəbər

Dünyanın “ən heybətli” şəlaləsi quruyur – Qlobal isinmə fəlakəti - VİDEO

Veb TV | 11:04 • 6 Dekabr 2019
Dünyanın “ən heybətli” şəlaləsi quruyur

İllərdir elm adamlarının qlobal isinmə çağırışlarının nə qədər vacib olduğunu göstərən görüntülər Afrikadan gəlib.

Araşdırmaçıların Zambiya və Zimbabve arasında yerləşən Viktoriya şəlaləsinin çəkdiyi fotoları problemin getdikcə dərinləşdiyini ortaya çıxarıb.

Bir dövrdə dünyanın "ən heybətli” şəlaləsi kimi göstərilən Viktoriyanın son vəziyyəti qlobal isinmənin hansı fəlakətlərə yol aça biləcəyini bir daha sübut edir.

Araşdırmaçılar şəlalənin yanvar ayı və bir neçə gün əvvəl çəkilmiş fotolarını müqayisə edib. Yanvarda çəkilmiş fotolarda Viktoriyada suyun həcminin kifayət qədər çox olduğu görünsə də, son görüntülərdə bunun əksi müşahidə olunur. Araşdırmalar Viktoriyanın bir hissəsinin tamamilə quruduğunu ortaya çıxarıb. Son araşdırmalar elm dünyasında mübahisələrə səbəb olub.

Elm adamları qlobal isinmə və yayda normadan artıq yüksək temperaturun müşahidə olunması səbəbindən hövzədə suyun həcminin 50% nisbətində azaldığı, bunun da son 40 ilin ən böyük göstəricisi olduğunu açıqlayıb.

Zimbabve Prezidenti Edqar Lunqu beynəlxalq ictimaiyyətə müraciət edərək, qlobal isinmənin qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb./teleqraf


Xəbər lenti