Banklar kreditlərin böyük əksəriyyətini dollarda verir. Onlar cəlb etdikləri vəsaitin, xüsusilə əmanətlərin dollarda yerləşdirilməsini buna əsas gətirirlər. İqtisadçılar isə bankları dollarda əmanət qəbul etməkdən imtinaya çağırır. Beləliklə, milli valyutada verilən kreditlərin də həcmi artar.
Azərbaycan Konstitusiyasına əsasən ölkə ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. İqtisadçılar bunu əsas gətirərək banklarda vəsaitlərin xarici valyutada dövr etməsini məqsədəuyğun hesab etmirlər.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun hesab edir ki, banklar əhalidən xarici valyutada əmanət qəbul etməyi dayandırmalıdır.
Digər tərəfdən, dövlət tərəfindən banklardakı bütün əmanətlər sığortalanır və burada manatla əmanətlərə daha yüksək gəlirlilik imkanı verilib. Bu da həm vətəndaşları, həm də bankları milli valyutada yığımlara stimullaşdırmalıdır.