Xəzər Xəbər

VİDEO: Xanımlar bu xəbərimizi mütləq izləyin!

Veb TV | 09:24 • 21 Mart 2016
VİDEO: Xanımlar bu xəbərimizi mütləq izləyin!

Xanımlar gözəl görünmək üçün çox pul xərcləməkdən çəkinmirlər. Bu vəziyyətdən sui-istifadə edənlər isə onları aldadırlar. Kosmetik məhsulların satışı ilə məşğul olan bəzi şirkətlərin dələduzluğundan danışacağıq.

Tatyana İbrahimovanın sözlərinə görə, şirkətin qoyduğu daha bir tələb 6 nəfər qadın tanışının nömrəsinin onlara verilməsi olub. Bu satış üsulunun ölkəmizdə geniş şəkildə və sürətlə yayılması da məhz bunun nəticəsidir.

Azad İstehlakçılar Birliyinnin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu tip şirkətlər qanunda olan boşluqlardan istifadə edərək, insanları aldadırlar. Çünki kosmetik vasitələr dəyişdirilə və ya geri qaytarıla bilən mallar siyahısına daxil deyil.

Yəni faktiki olaraq zərərçəkmiş insanlar məsələ ilə əlaqədar heç bir dövlət qurumuna müraciət edə bilmirlər. İndiki vəziyyətdə bundan yeganə çıxış yolu menecerlərin şirin dillərinə və ümidverici sözlərinə aldanmamaq və imzalanması tələb olunan sənədi diqqətlə oxumaqdır.

Xəbər lenti

Çox oxunanlar