Novruz Bayramında insanlar həm də qəbiristanlıqlara gedərək dünyasını dəyişən yaxınlarını yad edir. Amma təəssüf ki, bundan da sui-istifadə edib pul qazananlar var. Söhbət dırnağarası mollalardan gedir.
Kameranı görən kimi qəbirlərin arası qaçaraq aradan çıxırlar, ya da başındakı təkkəni çıxararaq molla olmadıqlarını bildirirlər. Görüntülər Yasamal qəbristanlığındandı. Bayramı füsrət bilən dırnağarası mollara bura axın edib.
Mollarla söhbətimiz zamanı o da məlum oldu ki, bu gün qəbristanlığa gələnlərdən qazanc əldə etmək üçün rayonlardanda Bakıya çoxlu sayda molla gəlib.
Qəbristanlıqda kı bir çox başı təkkəli şəxslər isə çəkilişqurupunu görüb qaçaraq qəbirlərin arasında gözdən itdi. Maraqlısı isə budur ki, qəbiri ziyarətə gələnlərdə belə şəxslərə inanmasalarda onlara dini sürələri oxutdurmaq üçün pul verirlər.
Hər halda belə dırnağarası molların çoxalmasının digər bir səbəbi də nə oxuduqunu bilmədən onlara pul verən ziyarətçilərdi.