Biləsuvar rayonu, Ağayrı kəndinin sakinləri min bir əziyyətlə əkidikləri sahələri suvara bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, səbəb su problemidir.
Kənd sakinləri bildirir ki, üç ay bundan qabaq torpağa yonca səpiblər. Amma su olmadığından sahələri suvara bilmirlər. Kənd sakinlərinin sözlərinə görə, bu problem illərdir ki, davam edir. Hər il torpaqları əkib-becərsələr də onu suvara bilmədikləri üçün təsərrüfat ilini zərərlə başa vururlar.
Havaların quraq keçməsi də təsərrüfat sahiblərinin işini çətinə salıb. Çıxılmaz vəziyyətdə qalan sakinlər hazırda yağışın ümidinə qalıblar. Onlar düşünür ki, yağış yağsa əkdikləri toxumu qismən də olsa xilas etmək olar. Əks təqdirdə əziyyətləri boşa gedəcək.
Məsələ ilə bağlı Biləsuvar Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, mövsüm boyu əkin sahələrinə mütamadi olaraq su verilib: "Ümumilikdə, 45 000 hektar sahədə suvarma işləri aparılıb. Hazırda Cənub -Muğan kanalında su az olduğu üçün nasosların fəaliyyəti dayanıb. Su olan kimi təsərrüfatların suvarılması davam edəcək".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: