Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə tədbir keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, yubiley tədbirinə səhər saatlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısından, Azərbaycan prospektindən start verilib.
Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiəti ilə Azərbaycan prospekti boyunca hərbçilərin iştirakı ilə möhtəşəm parad təşkil edilib. Paradda Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunub. Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər. Tədbir sakinlərdə xoş əhval-ruhiyyə yaradıb.
Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, eləcə də minlərlə sakin iştirak edib.
Daha sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının qarşısında konsert təşkil edilib. Yubiley tədbiri atəşfəşanlıqla başa çatıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: