FIFA referisi Əliyar Ağayev AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turunda keçirlmişMalta – Norveç matçını idarə edib.
32 yaşlı hakim meydan sahiblərinin iki futbolçusuna sarı vərəqə göstərməklə yanaşı, bir dəfə də qapılarına penalti təyin edib.Norveçli forvardCoşua Kinq 11 metrlik zərbəni qeyri-dəqiq yerinə yetirib.
Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.