Türkiyənin Kastamonu vilayətində sükan arxasında infarkt keçirən sürücü dünyasını dəyişib. XəzərXəbər Avtosfer.az-a istindən xəbər verir ki, insident Tosya rayonunun Ahşap sənaye istiqamətində qeydə alınıb. Məlumata görə, Əhməd Pekərin (43) idarə etdiyi "Tofaş” markalı minik avtomobillə, yol kənarında park edilmiş Fateh Saqızçıya məxsus "BMW” markalı minik maşınını arxadan vurub. O anda iş yerinin qarşısında dayanan Fateh Saqızçı hadisənin baş verdiyi yerə gedib. Avtomobilinə çırpılan nəqliyyat vasitəsinin sürücüsünü sükan arxasında hərəkətsiz vəziyyətdə olduğunu görən Fateh, dərhal səhiyyə işçilərinə xəbər verib. Əhməd Pekər təcili tibbi yardım maşınların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb. Polis faktla bağlı araşdırmalara başlayıb.