Dəyərli oxucular yanaşdığımız mövzu aktual problem olduğu üçün diqqətlə incələməyiniz arzu olunur.
Qeyd edimki, Adenoidlər – burun və udlağın arxa yuxarı divarında yerləşən limfa toxumasıdır. Adenoidlərə demək olarki bütün uşaqlarda rast gəlinir. Normada burun və udlaqda olan hər iltihabi xəstəlikdən sonra adenoidlər öz əvvəlki ölçülərinə qayıtmalıdırlar,amma bu iltihabi xəstəlikər tez-tez baş verdikdə adenoidlər böyüyərək burun udlağı qapadır və burun tənəffüsünün çətinləşməsinə gətirib çıxarır. Adenoidlərin hipertrofiyası ən çox 2-12 yaşlar arasında usaqlarda təsadüf edilir.
Adenoidi olan uşaqların səsində dəyişiklik olur, burun tənəffüsü çətinləşir, zökəm olurlar və yuxu xoruldama ilə müşahidə olunur. Ayıq halda və yuxu zamanı tənəffüs ağızdan baş verdiyi üçün ağız açıq qalır. Gecələr yuxu zamanı hətta apnoe (bir anlıq tənəffüsün dayanması) baş verir. Adenoid olan uşaqlarda, angina daha tez-tez müşahidə olunur.
Adenoidlər müalicə olunmadıqda eşitmənin zəifləməsi, orta qulağın xroniki xəstəlikləri, kiçik uşaqlarda nitqdə pozğunluqlar, üz skletinin, əsasən üst və alt çənənin deformasiyaları,yeniyetmələrdə onurğanın və döş qəfəsinin deformasiyaları inkişaf edir.