Gəncədə çoxmərtəbəli binalardakı liftlərə sayğaclar qoyulub. Elektrik enerjisi haqqının kim tərəfindən hansı qaydada ödənilməsinin hələ ki, aydınlaşmaması isə sakinlərdə bəzi sualların yaranmasına səbəb olur.
Ağıllı elektrik sayğaclarının balansında məbləğ olmasa liftlər işləmir. Artıq liftlərə də sayğac qoyuldu. İstifadə etdiyin xidmətin qarşılığını özün ödüyürsən. Prosses Gəncədən start verilib. Şəhərdəki çoxmərtəbəli binalarda liftlərə elektrik sayğacları quraşdırılır.
Azərişıq-dan bildirirlər ki, liflərin istifadəsinə görə sərf olunan elektrik enerjisinin haqqı ödənməlidir. Sayğacların quraşdırılması itkinin qarşısının alınması və dəqiq məbləğin hesablanması baxımından mühümdür. Enerji haqqının kimin tərəfindən ödənilməsi isə müvafiq qurumlar və istifadəçilər arasında müəyyənləlşdirilməlidir.
İndiyə qədər belə bir ödənişin olmadığını əsas gətirən sakinlət isə bunu birmənalı qarşılamır. Gəncə Mənzil Komunal Təssərrüfat Birliyinin Lift şöbəsinin müdiri Bəybala Şamilov deyir ki, liftlərin elektrik xətlərinə sayğac qoyulmasında əsas məqsəd israfçılıq hallarının və enerji itkisinin qarşısını almaqdır.
Amma bununla belə smart tipli sayğaca müəyyən məbləğ yüklənməlidir ki lift işləsin. orta hesabla aylıq 10 manat məbləğ balans müəyyənləşsə ödənişlə bağplı mübahisələr qalmaqdadır. Sakinləri isə karta ödəniş limitinin qoyulmasının tərəfdarı deyil .
Sayğaclara görə enerji haqqının kim tərəfindən hansı qaydada ödənilməsi məsələsi ilə bağlı yekun qərar isə hələ ki verilməyib.
Qeyd edək ki, vətəndaşlar elektrik enerjisi xaricində ayrıca lift pulu ödəyirlər ki, bu liftə texniki qulluğa görə müvafiq qurum tərəfindən yığılır.