Avtomobillərin intensiv hərəkət etdiyi küçələrdən biri olan Nobel prospektində piyada keçidləri var. Ancaq bu keçidlər arasındakı məsafə 1 kilometrdən artıqdır. Ona görə də prospektin bəzi hissələrində piyadalar keçiddən deyil, yoldan keçirlər. Bu isə həm sərnişinlərin, həm də sürücülərin həyatı üçün böyük təhlükə yaradır.
Həm yanında, həm də qucağındakı azyaşlı uşaqlarla birgə avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yolu keçməyə çalışır.
Bəziləri isə yolu keçmək üçün dəqiqələrlə avtomobillərin intensivliyinin azalmasını gözləyir. Bu mənzərəni paytaxtın Xətai rayonu Nobel prospektində hər gün müşahidə etmək olar. Yolda yerüstü piyada keçidləri arasındakı məsafənin kilometrlərlə olması prospekt ətrafında yaşayan insanları ölümlə üz-üzə qoyur.
Yolun hər iki tərəfi yaşayış məskənidir. Həmçinin yolun hər iki tərəfində də insanların avtobus gözləməsi üçün dayanacaq var. Ancaq buna baxmayaraq yolun bu hissəsində piyada keçidi yoxdur. İnsanlar isə özlərini risqə ataraq avtomobillərin yüksək sürətlə hərəkət etdiyi bu yoldan keçirlər.
Ən az piyadalar qədər bu yoldan istifadə edən sürücülər də çətin anlar yaşayır.
Ekspertlər isə deyirlər ki, insanların sıx məskunlaşması səbəbindən və yolun hər iki tərəfində dayanacaqlar olduğundan bu ərazidə piyada zolaqları çəkilməlidir