Xəzər Xəbər

VİDEO: Radar neçə metrdən sürəti ölçür?

Veb TV | 09:51 • 22 Mart 2016
VİDEO: Radar neçə metrdən sürəti ölçür?

Radarların sürət həddini ölçmə və dəqiqliyi ilə bağlı mübahisəli məqamlar çox olur. Bəzi hallarda sürücülər şikayət edirlər ki, radarlar avtomobil sıxlığı olduğu yerlərdə səhvən digər avtomobili qeydə alır. Bəs görəsən bu doğrudurmu? Ümumiyyətlə radarlar neçə metrdən sürət həddini müəyyən edir və onun səhvetmə ehtimalı nə qədərdir?

Bu cür mübahisəli məqamların yaranmaması üçün ölkə ərazisindəki radarların əksəriyyəti daha yaxın məsafələrə fokuslanıb. Magistral yollarda məsafə bir qədər uzaqdan götürülür. Şəhər içində isə nəqiliyyatın intensivliyi texniki səhvlərin çoxalması ehtimalını artıra bilər.

Mütəxəssislər isə ölkə yollarında quraşdırılan radarların, sürəti çox böyük məsafələrdən ölçə biləcəyini amma məsafə artdıqca radarın səhv etmə ehtimalının çoxaldığını deyir.

Daha uzaq məsafəyə fokslanan radarlar isə sürücülərin çaşğınlıqına səbəb olur. Məhz bu halların qarşısını almaq üçün təcrübədə radarların daha yaxın məsafəyə fokslandığını müşahidə etmək olar.

Hər halda sürücülər radarın olub olmamasından aslı olmayaraq qaydaları pozmasalar həm cərimədən həmdə qəzalardan uzaq olarlar.

 

Xəbər lenti

Çox oxunanlar