Bir çox yaşayış binaları tikilərkən yanğından mühafizə sistemi nəzərə alınmır. Bunu həm köhnə tikililərdə, həm də yeni binalarda müşahidə etmək olar. Elə buna görə də yanğın zamanı bina sakinləri yanğına müdaxilə edə bilmirlər və bu da fəsadların daha çox olmasına gətirib çıxarır. Bu məsələ əslində necə tənzimlənməlidir? Bu saulın cavabını süjetimizdən biləcəksiniz.
Nə su şlanqları var, nə də yanğınsöndürən balonlar. Paytaxtdakı yaşayış binalarının əksəriyyətində, xüsusən də sovet dövründə tikilən binalarda yanğından mühafizə sistemi demək olar ki, yoxdur. Elə buna görə də, belə yanğınların bir çoxu ciddi fəsadlarla nəticələnir
Bəzi yaşayış binalarında isə yanğından mühafizə sistemi olsa da, insanlar bundan istifadə edə bilmirlər. Buna səbəb bu sistemlərin içərisində su şlanklarının olmamasıdır. Bu şlanklar da olmadığına görə, yanğın baş verdiyi an insanlar ona anında müdaxilə edə bilmirlər.
Yanğın təhlükəsizliyi haqqında qanuna görə, bütün binaların yaxınlığında su hövzələri və binanın əlavə yanğın çıxışı olmalıdır. Bu tələbləri pozanlar isə qanun çərçivəsində cəzalandırılmalıdır