Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardıma edilən müraciətlərin sayı artıb. Əgər adi günlərdə 2 minə yaxın müraciət edilirdisə, indi bu rəqəm 2500-ü ötüb.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb. Bu günlərdə tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım olub.
Adi günlərlə müqayisədə bayram günlərində 103 təxirəsalınmaz təcili tibbi yardım xidmətinə edilən müraciətlərin sayında artım müşahidə olunur. Əgər adi günlərdə gün ərzində bura 2000 müraciət daxil olurdusa, bayram günlərində isə bu rəqəm 2500 olub.
Müraciətlərinin sayının artacağı nəzərə alınaraq, 1 həftəlik gücləndirilmiş iş rejiminə keçilib
Elə buna görə də bayram günlərində yağlı yeməklərdən uzaq durmaq tövsiyə olunur.