Xəzər Xəbər

Leyla xan Xoyski: İlk beş üçrəngli Azərbaycan bayrağından biri bizim evimizdə idi - VİDEO

Veb TV | 20:45 • 9 Noyabr 2019
Leyla xan Xoyski:

İlk 5 üçrəngli Azərbaycan bayrağından biri bizim evdə idi. O vaxtı uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki, çox xoşuma gəldi. İstanbulda yaşayan general Hüseynqulu Xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun öz hisslərini "Xəzər Xəbər"in Türkiyə bürosunun əməkdaşları ilə bölüşüb. Leyla xan Xoyskinin sözlərinə görə, Azərbaycandan apardıqları bayraq sonradan müəmmalı şəkildə itib.

O bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi.

Bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun "XəzərXəbər"ə müzahibəsi zamani bildirib. Leyla Xan Xoyski Fətəli xan Xoyskinin İrana səfir olaraq göndərdiyi Adil xan Ziyadxanının evində Azərbaycan bayrağını ilk görənlərdəndir.

Cümhuriyyət 1920-ci ildə süquta uğradıqdan sonra Leyla Xan Xoyskinin ailəsi də Türkiyəyə köçmək məcburiyyətində qalıb. Onlar Türkiyəyə gəldikləri il geri dönəcəklərini düşünərək hətta qış üçün odun belə tədarük etməyiblər.Xoyski ailəsi uzun müddət kirayədə yaşayıblar. Bir evdən digərinə köçəndə Bakıdan gətirdikləri ilk bayraqlardan biri müəmmalı şəkildə itib. Sonralar Azərbaycan bayrağının yağlı boya ilə tablosunu çəkiblər.

Leyla xanım deyir ki, onda təyyarə qorxusu var, Bu səbəbdən də Azərbaycana gələ bilməyib. Qardaşı isə Bakıya gəlib və vətəndən apardığı torpağı ata-anasının qəbrinə səpib.

Leyla Xan Xoyski indi Azərbaycanın üçrəngli bayrağının hər yerdə dalğalanmasının onun üçün ən böyük qürur, xoşbəxtlik olduğunu deyir.

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024