Xəzər Xəbər

Gürcüstanda filmə qarşı etirazlar keçirilib: 27 nəfər saxlanılıb - VİDEO

Veb TV | 17:38 • 9 Noyabr 2019
Gürcüstanda filmə qarşı etirazlar keçirilib:

Gürcüstanın Tbilisi və Batumi şəhərlərində etiraz aksiyası keçirilib.

Etirazlara səbəb "Amirani” kinoteatrında yayımlanan İsveç-Gürcüstan istehsalı olan "Daha sonra biz rəqs etdik” filmi olub.

Ekran işinin mövzusu iki kişinin qeyri-ənənəvi cinsi oriyentasiyası haqqında olduğundan yüzlərlə insan filmə etiraz edib.

Gürcüstan daxili işlər nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşının qanuni əmrinə tabe olmamaq və kiçik xuliqanlıq maddələri ilə 27 nəfər saxlanılıb. Onlardan 24 nəfəri Tbilisi, 3 nəfər isə Batumi sakinləridir.

"Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadze bildirib ki, aksiyaçılar filmin heyətinə yox, ekran əsərində olan hadisələrə qarşıdırlar. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Bir qrup aksiyaçı üzərində "LGBT-yə yox” yazılmış bayraqları yandırıb. Onlar daha sonra pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb.

Aksiyaların keçirildiyi ərazilərə xeyli sayda polis və xüsusi təhlükəsizlik xidməti əməkdaşları cəlb olunub. Polis etirazçıların kinoteatr binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb.

oxu.az

Xəbər lenti