Xəzər Xəbər

Ermənilər "Karabakh" həştəqi ilə paylaşımlarda fəallaşıb - Tural Gəncəliyevdən vətəndaşlara çağırış - VİDEO

Veb TV | 18:48 • 4 Noyabr 2019
Ermənilər "Karabakh" həştəqi ilə paylaşımlarda fəallaşıb -

Müasir dövrdə informasiya müharibəsi həm də sosial şəbəkələr üzərindən aparılır. Son zamanlar sosial şəbəkələrin işğalçı Ermənistan seqmentində Dağlıq Qarabağ mövzusu çox aktuallaşıb və ermənilər bu məsələdə fəallığı artırıb. Məsələn, "İnstagram"da "Karabakh" həştəqi ilə 118 mindən çox paylaşım var. Amma çox təəssüf ki, bu paylaşımlarda ermənilər daha çox fəallıq göstərirlər. Beləliklə, ermənilər sosial şəbəkələr vasitəsilə öz işğalçı siyasətlərini təbliğ edirlər.

İnformasiya müharibəsinin getdiyi bir zamanda dünyanın müxtəlif yerlərində yaşayan ermənilər demək olar ki, hər paylaşımlarda "Karabakh" həştəqindən istifadə edirlər və tarixi Qarabağ torpaqlarını öz vətənləri kimi təqdim edirlər. Bu paylaşımlar trendə düşdükdə isə digər izləyicilər də "Karabakh"ın ermənilərə aid olduğunu düşünür.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib ki, bu mövzu olduqca həssas məsələ olduğundan vətəndaşların da yardımına ehtiyac var.

Tural Gəncəliyev hesab edir ki, Qarabağ həştəqlərinin sosial şəbəkələrdə trendə çevirmək üçün məşhur insanların, izləyici sayı çox olan bloqerlərin və müğənnilərin paylaşımları da önəmlidir.

Odur ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə edilməlidir.

Qeyd edək ki, tvitter sosial şəbəkəsində "Karabakh is Azerbaijan" həştəqi bir neçə dəfə dünya trendinə düşüb. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi hazırda "instagram" və "facebook"da da bu həştəqlərin trend olmasına çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar