Yevlaxda uzun illərdir ki, bağlanmış mərkəzi yolda avtomobillərin hərəkəti bərpa edilib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun mərkəzi hissəsinə getmək üçün bir neçə küçədən keçməli olurdular. Bu da həm vaxt itkisinə, həm də əlavə yanacaq sərfiyyatına səbəb olurdu.
Xatırladaq ki, həmin yol Yevlax Rayon İcra Hakimiyyətinin qarşısından keçdiyi üçün uzun müddət bağlı qalmışdı. Şəhərin mərkəzi küçələrindən hesab edilən yol Heydər Əliyev prospekti ilə kəsişir.
Rayon sakinləri yeni təyin edilən icra başçısının qərarı ilə yolun açıldığını bildiriblər. Qərara ən çox sevinən də elə sürücülərdir. Avtomobil sahibləri icra hakimiyyəti binasının yaxınlığından keçən yolun açılmasının doğru qərar olduğunu bildirblər.
Əksər idarə-müəssisələrin də həmin yolun üzərində olması avtomobillə ora rahat gedib gəlməyə şərait yaradır.
Yerli sakinlər bildirir ki, rayonun mərkəzi hissəsindən keçən yol təxminənən 2004-2005-ci illərdə bağlanaraq, girişi dəmirdən hazırlanan vasitələrlə kəsilmişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: