Mərkəzi Seçki Komissiyasında namizədlərin sənədlərinin geri qaytarılmasına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu günə kimi 15 mindən çox namizəd imza toplamaq üçün sənədlərini Dairə Seçki komissiyalarından təhvil alıb.
Rövzət Qasımovun sözlərinə görə, bu seçkilərdə siyasi partiyalar da fəallıq nümayiş etdirirlər. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına 10 siyasi partiya müraciət edib.
Onlar müvafiq sənədləri Dairə Seçki komissiyalarına təqdim ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: