Son illər ölkəmizdə turizmin inkişafı ilə əlaqədar avtomobil icarə sahəsində də canlanma müşahidə edilir. Dizel yanacağı ilə işləyən avtomobillərin icarəsinə tələb daha çoxdur.
Xezerxeber.az-ın məlumatına görə, avtomobil icarə edənlərin sayının artması ilə bu sahədə rəqabət də yüksəlib. Nəticədə bu işlə məşğul olanlar daha ekonom maşınlar icarəyə verir.
Avtomobil icarəsi ilə məşğul olanlar deyir ki, hazırda yay aylarına nisbətən müştəri sayı azalıb. Təklif edilən maşınlar arasında "offroad" və "ekonom" maşınlar üstünlük təşkil edir. Qazla işləyən avtomobillərə isə tələbat demək olar ki, yoxdur. Lakin onlarda da qiymət fərqi var.
İcarədarlar Yeni il və Novruz bayramı günlərində kirayə avtomobillərə tələbatın daha çox olduğunu bildirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: