Gələn il Avropa İnsan Haqları Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dinləmə keçirilə bilər.
Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
O bildirib ki, Azərbaycanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyi Avropa Məhkəməsinə təqdim edilib. Bu məsələ ilə bağlı dünyanın aparıcı hüquqşünasları ilə müqavilə imzalanıb.
Dinləmələrin gələn il keçirilməsi gözlənilir. Çingiz Əsgərovun sözlərinə görə, Ermənistan qəbul olunan qərarı icra etməyə də bilər. Belə olan halda isə məsələ mütəmadi olaraq qaldırılacaq.
Çingiz Əsgərov qeyd edib ki, Ermənistanın qərarı icra etməsinə nəzarəti Avropa Şurası Nazirlər Komitəsi həyata keçirir. Nəticə də Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməsindən asılıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: