İtaliya A Seriyasının XI turu çərçivəsində keçirilən "Verona" - "Breşiya" oyunu qalmaqalla başa çatıb.
"Breşiya”nın forvardı Mario Balotelli öz ünvanınna yönələn irqçi təhqirlər üzündən meydanı tərk edib. O, meydandan şıxmazdan əvvəl topu azarkeşlərə tərəf vurub.
"Gazzetta Dello Sport”un məlumatına görə, hücumçu topu tribunaya səbəbsiz vurmayıb. Balotelli tamaşaçılara yaxın olduğu vaxt azarkeşlər onu təhqir etməyə başlayıb, bundan sonra qəzəblənən futbolçu öz duyğularını büruzə verib. İdmançının meydandan çıxmasından sonra hakimlər görüşü dayandırmalı olublar. İtaliyalı hücumçu meydana qayıtmaqdan imtina edib. Bununla belə fasilə cəmi bir neçə dəqiqə davam edib. Komanda yoldaşları onu dilə tutmağı bacarıb və meydana qayıtdıqdan sonra oyun davam edib.
Buna baxmayaraq, hücumçunun meydanda qayıtmasından sonra da "Breşiya" qələbə qazana bilməyib və oyun 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Fanat.Az