Xəzər Xəbər

Son "Everton"un futbolçusunun ayağını qırdı, göz yaşlarını saxlaya bilmədi - VİDEO

Veb TV | 13:32 • 4 Noyabr 2019
Son "Everton"un futbolçusunun ayağını qırdı,

İngiltərə Premyer Liqasının 11-ci turunun "Everton" - "Tottenhem" matçında (1:1) xoşagəlməz hadisə baş verib.

Qonaqların hücumçusu Son Hın-Min oyunun 78-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Andre Qomeşlə mübarizə zamanı onun ayağını qırıb. Rəqibin ağrılar içində olduğunu görən cənubi koreyalı futbolçu göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın baş hakimi Martin Etkinson Sona qırmızı vərəqə göstərib.

Sümüyü qırılan portuqaliyalı futbolçu əməliyyat ediləcək.

Xəbər lenti

Çox oxunanlar