İngiltərə Premyer Liqasının 11-ci turu çərşivəsində "Everton”la "Tottenhem” arasında qarşılaşma baş tutub.
1-1 hesabı ilə başa çatan matçın 79-cu dəqiqəsində faciəvi hadisə olub.
Belə ki, "Tottenhem”in oyunçusu Heunq-Min Son "Evertonun” futbolçusu Andre Qomesin ayağının üzərinə çıxıb. Qomesin ayağı biləkdən aşağı 90 dərəcə çevrilib. Mənzərəni görən hər kəs dəhşət içində Qomesin ağrı içində qıvrılmasını seyr edib. Futbolçu təcili yardımla xəstəxanaya çatdırılıb. Pozisiyaya görə qırmızı kart alan Min Son rəqibinin ayağını görəndə göz yaşlarını saxlaya bilməyib.
90+7-ci dəqiqədə rəqibin qapısına yol tapan türk futbolçu Cenk Tosun komanda yoldaşının aqibətinə görə qarşılaşma bitdikdən sonra hönkür-hönkür ağlayıb.