Beşiktaşda sərnişin avtobusunu vətəndaşların üzərinə sürən, 3 nəfəri bıçaqla yaralayıb daha sonra özünü dənizə atan sürücünün görüntüləri mobil telefonların yaddaşına köçürülüb.
Sürücü polisə "məni öldürün" deyərək yalvarıb.
***
İstanbul Böyükşəhər Bələdiyyəsinin mətbuat katibi Murat Onqunun açıqlamasına görə, hadisə zamanı yaralananların sayı 14-ə çatıb.
Necdet K. adlı sürücü əvvəlcə avtobusu dayanacaqdakı sərnişinlərin üzərinə sürüb. Daha sonra əlində bıçaqla avtobusdan enib və 3 nəfərə xəsarət yetirib. Sonra isə Beşiktaş Qülləsindən özünü suya atıb.
Polis onu sudan çıxarıb və bölməyə aparıb.
Yaralılardan 2-nin vəziyyəti ağırdır.
***
İlkin məlumata görə, sərnişin avtobusunun sürücüsü 3 nəfəri bıçaqlayıb. Daha sonra bilərək avtobusu dayanacaqdakı vətəndaşların üzərinə sürüb.
Hadisə zamanı 9 nəfər yaralanıb.
Qaçaraq özünü dənizə atan sürücü daha sonra polis tərəfindən saxlanılıb.
***
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu dayanacağa girib.
Beşiktaş səmtində baş verən hadisə zamanı çox sayda insan yaralanıb.
Olay yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
publika.az