Bölgələrdə və Bakıda brakonyerlərə qarşı reydlər keçirilir. Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Baş Şirvan kollektorunda keçirilib.
Xezerxeber.az-ın məlumatına görə, təkcə Baş şirvan kollektorunda balıq tutmaq üçün 15 ədəd sintetik tor, 30-dan artıq xərçəng toplayan səbət, 20-dən artıq isə ilanbaliğı tutmaq üçün istifadə edilən ventr aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi reydlər zamanı xeyli sayda qanunsuz ov avadanlıqlarından istifadə edildiyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimlinin sözlərinə görə, bəzi qanunsuz ov vasitələri təbiətsevər insanların sayəsində aşkarlanıb. Ov qaydalarını pozanları isə inzibati qaydada cərimələr gözləyir.
Qanunsuz ov edənlərə qarşı reydlər davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: