Xəzər Xəbər

Prezidentin tapşırıqları vətəndaş məmnunluğuna yönəlib - ŞƏRH - VİDEO

Veb TV | 20:54 • 3 Noyabr 2019
Prezidentin tapşırıqları vətəndaş məmnunluğuna yönəlib -

Yeni təyin olunmuş icra hakimiyyəti başçılarına edilən xəbərdarlıqar və verilən göstərişlər həm də, uzun illər vəzifədə olub etimadı doğrultmayan şəxslərə son xəbərdarlıqdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Rasim Musabəyov Prezident İlham Əliyevin Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Millət vəkilinin fikrincə, dövlət başçısının bu tapşırıqları onu göstəririr ki, hakimiyyətin əsas hədəfi vətəndaşlarla daim ünsiyyət qurmaq, rayonun problemlərini və əhalini narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməkdir. Bütün xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Həmçinin, Gənclər mərkəzlərində gənclərin öz asudə vaxtlarını keçirmələri üçün orada maraqlı tədbirlərin təşkilini rayon rəhbərliyi diqqət mərkəzində saxlamalıdır. Heydər Əliyev mərkəzləri də rayonların mədəni həyatının ayrılmaz hissəsi olmalıdır.

Rasim Musabəyov deyib ki, dövlət başçısının tapşırıqları arasında diqqətçəkən əsas məqamlardan biri də rayonların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Yeni icra hakimiyyəti başçılarının qarşısında qoyulan əsas vəzifələr rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir.

Prezident İlham Əliyev vurğulayıb ki, icra orqanlarının rəhbərləri vətəndaşların qayğıları ilə yaşamalıdırlar. İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Problemləri malalamaq çox səhv addımdır. Bu cür məsələlərdə ən düzgün çıxış yolu problemin vətəndaşı məmnun edəcək şəkildə həll olunmasıdır.

Rasim Musabəyov deyib ki, digər icra hakimiyyəti başçıları da prezidentin bu tapşırıq və xəbərdarlıqlarını özlərinə verilmiş göstəriş kimi qəbul etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar