Xəzər Xəbər

Bakıda iki yeni yarmarka açılacaq - VİDEO

Veb TV | 19:31 • 3 Noyabr 2019
Bakıda iki yeni yarmarka açılacaq -

Bu gün Bakın 3 rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilib.

Xezerxeber.az-ın məlumatına görə, budəfəki yarmarkalar Yasamal, Binəqədi və Nərimanov rayonlarında keçirilib. "Gənclik" metrostansiyasının yaxınlığındakı yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyətinin, eləcə də "Aqrar Tədarük və Təchizat" ASC-nin rəhbər şəxsləri ziyarət ediblər. Onlar məhsulların keyfiyyəti və qiyməti ilə tanış olubar. Qeyd edilib ki, yaxın vaxtlarda paytaxtda daha 2 yarmarka fəaliyyətə başlayacaq.

Yarmarkada fermerlər xüsusi piştaxtalar, tərəzilər və geyimlərlə təmin ediliblər. Yarmarkaya məhsul çıxarmaq istəyənlər "Aqrar Tədarük və Təchizat" ASC-nin bölgələrdəki idarələrinə və ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Məhsulların qiyməti yarmarkanın girişində qeyd edilib.

Məhsulların rayonlardan gətirilməsi də ödənişsiz olduğundan qiymətlər bazardakından xeyli aşağı olub.

Yarmarkanın girişində vətəndaşlar üçün nəzarət tərəzisi də qoyulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti