Xəzər Xəbər

Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı yaşanır - VİDEO

Veb TV | 20:15 • 3 Noyabr 2019
Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı yaşanır -

Son vaxtlar Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, vaqonlarda yer olmadığından bəzi sərnişinlər ayaq üstə getməli olur, bəziləri isə pilləkənlərdə otururlar.

Bakıdan Biləcəri-Xırdalan qəsəbələri və Sumqayıta hərəkət edən qatarlarında sərnişin sıxlığı daha çox pik saatlarda-18:35,18:55 və 19:10-da olur. Bu qatardan istifadə edən sərnişinlərdən bir çoxu vaqonlarda ya ayaq üstdə,ya da pilləkandə oturaraq getmək məcburiyyətində qalırlar.Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olur.

Vətəndaşların sözlərinə görə, qatarda sərnişin sıxlığı olmasına baxmayaraq,"biznesklas" vaqonlarda yerlərin bir hissəsi boş olur. Sərnişinlər bu problemin aradan qalıdırılması üçün intervalın qısaldılmasını və qatarlara əlavə vaqonların qoşulmasını istəyirlər.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətininin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova "Xəzər Xəbər"ə danışan zaman təsdiqləyib ki, Bakı-Sumqayıt-Bakı istiqamətinə hərəkət edən qatarlarda sərnişin sıxlığı oktyabrın əvvəli ilə müqayisədə son günlər artıb. Oktyabrın əvvəli 10 min 300 sərnişin bu qatarlardan istifadə etmişdirsə, ayın sonuna doğru bu rəqəm 1700 nəfərədək artaraq 12 minə çatıb.

Sərnişinlərin qatarda ayaq üstə qalması məsələsinə gəldikdə isə, qurum rəsmisi bildirdi ki, hazırda Bakı-Sumqayıt Bakı-istiqamətində 15 qatar işləyir. Bu qatarlarda 800-ə qədəri ayaqüstü olmaqla 396 oturacaq yerləri var. Yəni bu qatarlardan istifadə zamanı ayaq üstə sərnişin daşınması nəzərdə tutulub.

Natəvan Bayramovanın sözlərinə görə, hazırda həmin istiqamətdə interval 10-12 dəqiqədir. Bu aydan ölkəyə daha 2 qatar gətirilir. Bununla da intervalın 7-8 dəqiqəyədək azalacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar