Xəzər Xəbər

Lənkəranda palıd ağacı hərəkətdə olan maşının üstünə aşdı - VİDEO

Veb TV | 19:50 • 3 Noyabr 2019
Lənkəranda palıd ağacı hərəkətdə olan maşının üstünə aşdı -

Qeyri-sabit hava şəraiti Lənkəranda bir sıra fəsadlara yol açıb.

Xezerxeber.az-ın məlumatına görə, dünən axşam saatlarında Lənkəranın Bürcəli kəndində palıd ağacı güclü küləyə tab gətirməyib və Astara şəhər sakini, 33 yaşlı Rüfət Cavadova məxsus hərəkətdə olan avtomobilinin üzərinə aşıb.

Köhnə Ələt-Astara magistral yolunda baş verən hadisə zamanı avtomobildə olan sürücü və onun həyat yoldaşı xəsarət alıb. Daha ciddi xəsarət alan sürücü Rüfət Cavadov üçün hadisə yerinə təcili tibbi yardımın həkimləri çağırılıb. Zərərçəkən alın nahiyəsinin sıyrılmış yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. O, lazımi tibbi yardımdan sonra evə buraxılıb.

Goranboyda isə külək elektrik xəttlərini qırıb və yaranan nasazlıq nəticəsində bir neçə sakinin elektrik avadanlıqları sıradan çıxıb. Eyvazalılar kənd sakini Fəridə Yunisova bildirib ki, həyətdə olan zaman evdən və hamam otağından bərk səs eşidilib. Otağa girən zaman televizorun, hamam otağına quraşdırlan isidicinin sıradan çıxdığının şahidi olub. Digər sakin Nəcəf Hüseynovun övladının mənzilində isə su motoru və elektrik avadanlıqları yanıb.

Hadisə ilə bağlı Goranboy Elektrik şəbəkəsindən bildirlib ki, transformatorda yaranan nasazlıq aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar