Bazarda son vaxtlar krivetkalara maraq artıb.
Xezerxeber.az-ın məlumatına görə, bu məshulun qiyməti 25-50 manat arasında dəyişir.
Satıcılar deyir ki, krivetkaların qiyməti mövsümə görə də dəyişir.Qış aylarında qiymətlər daha baha olur. Yayda isə nisbətən ucuz satılır.
Satıcılar bildirirlər ki, ən dadlı və bahalısı dəniz krivetkalarıdır.
Ümumiyyətlə, krivetkaları daha çox Xəzər dənizindən, Mingəçevir, Neftçala və digər bölgələrdəki çaylardan tutulur. Amma bazarda xaricdən gətirilən krivetkalara da rast gəlmək mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: