Sovet dövründə tikilib istifadəyə verilmiş kooperativ binaların idarə edilməsində çətinliklər var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox kooperativ binaların idarəçiliyi da sıradan çıxdı. Amma hazırda paytaxt Bakının müxtəlif rayonlarında sovet dövründən qalmış və kooperativ əsaslarla idarə edilən binalar qalmaqdadır.
Xətai rayonu, Neapol və Şıxlinski küçələrində yerləşən bu binalar da kooperativ şəklində, sakinlərin öz vəsaiti hesabına idarə edilir, yəni binaların saxlanılması xərclərini sakinlər özləri ödəyirlər.
Kooperativin sədri Heydər Heydərov bildirir ki, əhalidən yığılan vəsait Nazirlər Kabinetinin müəyyən etdiyi tariflərə əsaslanır.
Kooperativ sakinlərə yaşayış yerindən, eləcə də kommunal xidmətlərə görə borcun olub-olmaması ilə bağlı arayış da verir. Bu il ərzində sakinlərə 145 arayış təqdim edilib. Sədrin sözlərinə görə, binaların saxlanması elə də asan deyil
Heydər Heydərov əlavə edib ki, müxtəlif dövlət qurumları mövcud kooperativlərə biganə münasibət göstərir. Sədr vurğulayıb ki, müəyyən qədər dövlət dəstəyi olsa, onların fəaliyyəti daha da güclənər..