Ağcabədidə məcburi köçkünlər üçün 3 yeni qəsəbə salınır. Ərazidə 3 məktəb binası və tibb məntəqəsi də inşa edilib. Qəsəbələrin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Məcburi köçkünlər üçün 3 yeni qəsəbə salınır.
Görüntülər Ağcabədidəndir. Rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkün ailələri üçün yeni qəsəbələr inşa edilir. 3 qəsəbə ümumilikdə 645 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
Qəsəbələrin inşası üçün 132 hektar torpaq sahəsi ayrılıb. Mənzillərdə kombi istilik sistemi də quraşdırılacaq. Bundan əlavə, ikisi 192, biri isə 108 yerlik olmaqla, üç məktəb binası, həmçinin inzibati bina və tibb məntəqəsi də tikilib.
Qəsəbələri birləşdirən ümumi uzunluğu 8700 metr olan avtomobil yolunun 3500 metrlik hissəsinə asfalt örtüyü döşənib. Qəsəbələrin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.